Millimiz Ermənistan üzərində qələbə qazandı

8.06.2024 19:31 256
Yığma
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

"Football-plus.az” xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.