“Şəfa” yeni futbolçu ilə anlaşıb.
"Football-plus.az" xəbər verir ki, qapıçı Tiaqo Silva heyətə cəlb edilib.
26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Portuqaliyalı qolkiper son üç mövsümü “Zirə”də keçirib. “Benfika”nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense”nin formasını geyib.
"Zirə"nin sabiq qapıçısı "Şəfa"ya keçdi
Ölkə futbolu





