“Zirə” yeni futbolçu ilə anlaşıb.
"Football-plus.az" xəbər verir ki, "qartallar" Tiaqo Silvanı heyətinə qatıb. 23 yaşlı qapıçıyla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu daha əvvəl ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.