Portuqaliyalı ulduz iştirak etdiyi 4 rəsmi oyunda aktivinə məhsuldar hərəkət yaza bilməyib. Üstəlik onun 90 dəqiqə meydanda olduğu son oyunda ''Cim-Bom'' Trabzonda darmadağın oldu. Leaonun performansı İtaliyada da gündəm olmaqda davam edir.
''Milan''a yaxınlığı ilə bilinən ''Pianeta Milan'' saytında bu futbolçu ilə bağlı çox sərt tənqidlərin yer aldığı bir məqalə dərc olunub. Onun Trabzondakı zəif performansının qabardıldığı məqalədə bunlar qeyd olunub:
''Leao Türkiyədə ''qətl edildi''. Amma biz zatən Milanda bunu bilirdik. Son oyunda 21 dəfə top itkisinə yol verdi. Sosial şəbəkələrdə onun Trabzondakı performansı fiasko kimi qiymətləndirildi. Fanatlar indidən ümidsizliyə qapılıb. Bizi isə bu səhnə təəccübləndirmir. Çünki bunu ''San Siro''da çox görmüşdük. Leao sadəcə bir sosial şəbəkə futbolçusu kimi qaldı. Paolo Maldini haqlı imiş. O sadəcə 30 saniyəlik videoçarxda görünən bir istedada malikdi. Tənbəl gülümsəmələr və özündən razı davranışlar müəyyən müddətdən sonra fanatların səbrini tükəndirməyə başlayır. Atəşləndikdə, sürətləndikdə onu sevməyə bilmirsən. Sanki dünyanı iki yerə parçalayacaq. Amma elit futbol istifadə olunmamış potensial ilə yox, aclıqla inkişaf etdirilir. Və bu aclıq hiss Leao üçün hər zaman yad olub. Hər birimiz onun dünya səviyyəli bir futbolçu olduğuna inandırılmışdıq. Amma o həmin səviyyənin heç yaxınlığında da deyil''.






