“Neftçi” məşqlərini bərpa edib.
"Football-plus.az" xəbər verir ki, “Qəbələ” üzərində 3:0 hesablı səfər qələbəsindən sonra 5 günlük istirahətə buraxılan komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.
“Neftçi” Misli premyer-liqasında növbəti matçını oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək. “Palms Sports Arena”da baş tutacaq görüş saat 19.30-da start götürəcək.
"Neftçi"də istirahət başa çatdı
Ölkə futbolu






