Xaybulayev və Emreli Litvaya qarşı oynaya biləcək?

24.09.2026 12:55 54
Ölkə futbolu
Millimizin Tacikistanla yoldaşlıq görüşündə zədələnən Abdulla Xaybulayev və Mahir Emrelinin son durumu məlum olub.

"Football-plus.az" xəbər verir ki, hər iki futbolçunun zədəsi ciddi xarakter daşımır.

AFFA-dan bildirilib ki, Xaybulayev Millətlər Liqasında Litva ilə keçiriləcək qarşılaşmada meydana çıxmağa hazır olacaq. Emrelinin həmin görüşdə iştirak edib-etməyəcəyinə isə baş məşqçi Ayxan Abbasov qərar verəcək.

Yığmamız sentyabrın 27-də səfərdə Litva ilə oynayacaq. Komanda oktyabrın 1-də Lixtenşteynlə, 4-də isə Litva ilə Bakıda qarşılaşacaq.