Ronaldo yığmadan kənarda qaldı

24.03.2026 11:54 19
Dünya futbolu
Roberto Martines Portuqaliya yığmasının Meksika və ABŞ-yə qarşı yoldaşlıq oyunları üçün heyətini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, gözlənildiyi kimi, Kriştiano Ronaldo yığmadan kənarda qalıb. “Əl-Nəssr”in hücumçusu zədəli olduğu üçün milli komandaya qarşıdakı oyunlarda kömək edə bilməyəcək.

Xatırladaq ki, 41 yaşlı futbolçu fevralın sonunda Səudiyyə Ərəbistanı çempionatının “Əl-Feyha” ilə oyununda sıradan çıxmışdı. O, bud nahiyəsindəki zədənin bərpasını davam etdirir.

Ulduz futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 22 oyuna 21 qol vurub.