“Arsenal”: Saliba qaldı, Caka getdi

10.07.2023 14:34 224
Dünya futbolu
“Arsenal” aparıcı oyunçularından biri ilə yenidən razılığa gəlib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Uilyam Salibanın müqaviləsi yenilənib.

Klubun saytının yaydığı xəbərə görə, fransalı ilə uzunmüddətli müqavilə imzalanıb. Böyük Britaniya mətbuatı 22 yaşlı futbolçunun yeni sözləşməsinin müddətinin 2027-ci ilin iyununa qədər nəzərdə tutulduğunu xəbər verib. Uilyamın maaşı ildə təxminən 10 milyon funt sterlinq olacaq.

Salibanın son mövsümdə İngiltərə premyer-liqasında 27 oyuna çıxdığını və 2 qol vurduğunu xatırladaq.

Ondan fərqli Qranit Caka paytaxt klubundan ayrılıb. 30 yaşlı yarımmüdafiəçi Almaniyaya üz tutub. O, “Bayer-04” ilə 5 illik müqaviləyə qol çəkib. Qranit İngiltərə klubunda 2016-cı ildən çıxış edirdi. İsveçrəli futbolçu daha əvvəl Almaniyada çıxış edib: 4 il Münhenqladbax “Borussiya”sının formasını daşıyıb.