Koul Palmer növbəti dəfə İngiltərə yığmasının oyunlarında görünməyəcək.
Football-plus.az" xəbər verir ki, onunla bağlı çox maraqlı iddia ortaya atılıb. “Çelsi”nin yarımmüdafiəçisinin milli komandanın qarşıdakı oyunlarına dəvətdən imtina etdiyi bildirilir. “The Athletic” nəşrinin yazdığına görə, bazar ertəsi futbolçunun zədə səbəbindən kənarda qaldığı açıqlansa da, Palmer qarşıdakı toplanışda iştirak etməmək qərarını özü verib. 23 yaşlı oyunçu bununla oyun yükünü azaltmaq istəyib.
Xatırladaq ki, Koul yığmanın baş məşqçisi Tomas Tuxelin qərarı ilə DÇ-2026 üçün heyətiə cəlb olunmamışdı. Palmer bu mövsüm premier-liqada keçirdiyi 5 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
İngiltərə yığması qarşıdakı iki həftə ərzində Millətlər Liqasında 4 oyun keçirəcək. Komanda sentyabrın 26-da İspaniya, 29-da Çexiya ilə, oktyabrın 3-də Xorvatiya, 6-da isə yenidən Çexiya ilə qarşılaşacaq.
Palmer Tuxeldən acıq çıxır?
Dünya futbolu






