Tuxel bir çox futbolçunu sevindirdi

20.09.2026 16:00 45
Dünya futbolu
İngiltərə yığmasının qarşıdakı beynəlxalq oyunlar üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Tomas Tuxel Millətlər Liqasının ilk dörd oyunu üçün 27 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, alman mütəxəssisin dünya çempionatına aparmadığı Koul Palmer, Dominik Kalvert-Lüin, Lyuis Holl, Rio Nqumoha, Cerrad Brantveyt, Mayls Lyuis-Skelli və Aleks Skott milli komandaya qayıdıblar. 

İngiltərə sentyabrın 26-da evdə İspaniya, sentyabrın 29-da səfərdə Çexiya, oktyabrın 3-də səfərdə Xorvatiya, oktyabrın 6-da evdə Çexiya ilə qarşılaşacaq.