Yenidən sıradan çıxdı

23.11.2025 23:20 7
Dünya futbolu
Koul Palmer növbəti bəxtsizlilə üzləşib. “Çelsi”nin futbolçusu yenidən zədələnib.

"Football-plus.az" xəbər verir ki, bu barədə komananın baş məşqçisi Entso Mareska məlumat verib. O, 23 yaşlı yarımmüdafiəçinin başına evdə bədbəxt hadisə gəldiyini və onun ayaq barmağının əzildiyini bildirib. Bu səbəbdən Palmer Çempionlar Liqasında “Barselona” (25 noyabr) və premyer-liqada “Arsenal”la (30 noyabr) keçiriləcək oyunları buraxacaq.

Koul bu mövsüm premyer-liqada 3 oyun keçirib və 1 qol vurub. O, bir müddətdi zədə səbəbindən meydana çıxmırdı.