Bəs, mütəxəssisə xəbərdarlıq edilibmi? Klub çalışdırıcının fəaliyyətini necə dəyərləndirir?
Bu suallarla “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Biz peşəkar klubuq. Hər nəticədən sonra baş məşqçini danlayası, “qulağını dartası” deyilik. Hər şey plana uyğun gedir. Bilirdik ki, milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Heyətdən yığmaya çağrılan futbolçular var. Qalanları ilə məşqlər davam edəcək. Dünən istirahət günü idi. Bu gün komanda bir araya gəlib və bərpa məşqi keçib. Baş məşqçi ilə rəhbərlik arasında xüsusi görüş olmayıb. Doğrudu, nəticələr hamını məyus edir. Belə olmasını istəməzdik. Amma hər oyundan sonra baş məşqçiyə nəsə demək düzgün deyil. Hadisələrin axarı lap pis hal alsa, təbii ki, rəhbərlik mövqeyini ortaya qoyacaq. İndiki halda rəhbərliyin baş məşqçinin işinə müdaxilə etmək fikri yoxdu. Hər şey plana uyğun gedir”.
KƏNAN BAHADIR






