Bəs, naxçıvanlılar niyə belə uğursuzluqla üzləşdi? Vəziyyətdən çıxış yolu tapmaq niyə mümkün olmadı?
Suallarımızı Cavid Hüseynova ünvanlamaq istəsək də, mütəxəssis zənglərə cavab vermədi. Bu səbəbdən Zaur İsmayılovla danışmalı olduq. Onun "Football-plus.az”a cavabı:
“Onu bildirim ki, mən hazırda “Araz-Naxçıvan” akademiyasının rəhbəriyəm. Yəni klubla bağlılığım davam edir. Komandanın uğursuz nəticələrinə gəlincə, təqvim bizim üçün ağır oldu. Ardıcıl “Neftçi”, “Qarabağ”, “Sabah” və “Turan Tovuz” ilə qarşılaşdıq. Belədə xal qazanmaq ehtimalımız azaldı. O başqa məsələ ki, bütün oyunlara qələbə üçün çıxırdıq. Heyətlə bağlı hansısa problem olduğunu düşünmürəm. Komandada yetərincə təcrübəli, keyfiyyətli futbolçular var. Oyundan-oyuna daha yaxşı çıxış edirdik. Ümidimiz var idi ki, zamanla istədiyimizə nail olacağıq. Sadəcə, klub rəhbərliyi belə qərar verdi. Onların qərarına hörmətlə yanaşmaq lazımdı”.
KƏNAN BAHADIR





