"Gözəl qardaşım, Toral, Azərbaycanda qal" – azarkeşlər yığmaya çağrılan futbolçunu lağa qoydu

22.09.2026 23:03 612
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, Tacikistan, Litva və Lixtenşteynə qarşı keçiriləcək oyunlar üçün millimizin baş məşqçisi Ayxan Abbasov düşərgəyə 30 futbolçu dəvət edib. Yığmaya çağrılanlar arasında "Bursaspor"un formasını geyən Toral Bayramov da var.

"Football-plus.az" "bursasporluyuz.org" saytına istinadla xəbər verir ki, Toralın yığmaya dəvət olunması "Bursaspor" azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. 26 yaşlı müdafiəçinin bu dəvəti haqq etdiyini bildirənlər də olub, yanlış qərar olduğunu deyənlər də. Sizi tərəfdarların bəzi rəyləri ilə tanış edirik.

Mustafa: "Düzdü, bu futbolçu hələ "Bursaspor"da özünü yaxşı tərəfdən göstərməyib. Bəlkə də belə halın yaşanması onun yox, klubun günahıdı. Amma Toral bizim futbolçumuzdu. Ona sahib çıxmalıyıq. O, "Bursaspor"a Azərbaycan millisinin aparıcı üzvü, zəngin avrokubok təcrübəsi olan futbolçu kimi gəlib. Ona hörmət etməyi bacarmalıyıq. Hər şeyə bu cür mız qoysaq, yenidən aşağı liqaya qayıdacağıq".

"Civelli2": "Gözəl qardaşım, Toral, Azərbaycanda qal. Bizim üçün legioner limiti çox önəmlidi, dəyərlidi. İcazə ver, bu limitdən daha faydalı şəkildə istifadə edək".

"davut": "Toral bu cür performansla milliyə dəvət alıb? Zarafat etməyin, heç havamda deyiləm".

"necmettin": "Millidə Litva və Lixtenşteynə qarşı oynayacaq. Daha bu rəqiblərə qarşı oyunda da meydana çıxmayacaqsa, gərək, futboldan əl çəksin".

Xatırladaq ki, "Bursaspor" bu yay Toralla üçillik müqavilə imzalayıb.

KƏNAN BAHADIR