Toralın klubundan növbəti qələbə

29.08.2026 22:31 16
Dünya futbolu
Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Toral Bayramovun da formasını geydiyi “Bursaspor" "Kayserispor"un qonağı olub. Görüş Toralın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Toral da bu görüşün ehtiyat oyunçular siyahısında yer alıb. "Bursaspor" bu nəticədən sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.