“Yuventus” itirə-itirə gedir

23.09.2026 11:34 162
Dünya futbolu
“Yuventus”da mövsümün əvvəlindən başlayan zədə sindromu davam edir.

"Football-plus.az" xəbər verir ki, turinlilərin daha bir oyunçusu uzun müddətə sıradan çıxıb. Komandaya bu yay transfer edilən Kamil Qrabara məşqdə ağır zədə alıb. Polşalı qapıçının sağ dizinin xaçvari bağları qırılıb.

Belə zədəyə görə idmançının əməliyyat olunması zəruri sayılır. Bu tip zədənin bərpası üçün isə azı 5 aylıq vaxta ehtiyac duyulur. Kamil avqustda “Volfsburq”dan birilliyə icarəyə götürülüb.

Yeri gəlmişkən, “Yuventus”un zədəli oyunçularının siyahısına Kənan Yıldız, Andrea Kambyazo, Manuel Lokatelli, Jeremi Boqa, Kefren Türam və Ueston Makkenni də daxildi.