“Yuventus”un oyunçusu nə vaxt qayıdacaq?

13.10.2024 05:29 287
Dünya futbolu
“Yuventus”un müdafiəçisi Qleyson Bremer əməliyyat olunub.

Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun “Leyptsiq”lə matçında dizindən zədə alan futbolçunun əməliyyatı uğurlu keçib. Dizinin çarpaz bağlarından ciddi xəsarət alan 27 yaşlı futbolçu Fransanın Lion şəhərində əməliyyat edilib.

Bremerin yaşıl meydana qayıdacağı tarix açıqlanmasa da, uzun müddət futbol oynaya bilməyəcəyi dəqiqdi.