"Football-plus.az"ın məlumatına görə, azarkeşlərə çempionluq ümidi verən klub rəsmisi aparıcı futbolçuların adını sadalayarkən Toralı da unutmayıb. O, bununla azərbaycanlı müdafiəçiyə dəstək göstərib. Sizi həmin paylaşımla tanış edirik:
"Biz çempion olacağıq, bursasporlu. İndi xoşbəxt, sakit və rahat olmaq vaxtıdı. Ənəs Çəlik də bizimdi, Mustafa Ər də, Furkan Akın da bizimdi, Coşqun Yavuz da. Keleçi də bizimdi, Toral da. Elitim de bizimdi, Boutrah da. Alpərən də bizimdi, Maldar da. Çox düşmənin var, bursasporlu. Birlik, dəstək, dua zamanıdı! Sənin hansısa liqada oxşarın yoxdu. Çətin olacaq, amma sonda hər şey çox gözəl olacaq. Sən çempion olacaqsan, "Bursaspor". Özünə, rəhbərinə və şəhərinə inan, bursasporlu".
Xatırladaq ki, srağagün "Batman Petrolspor"un meydanında 2:1 hesablı qələbə qazanan Bursa təmsilçisi 19 xalla "Kayserispor" ilə liderliyi bölüşdürür.
KƏNAN BAHADIR





