“İnter Mayami”də 9-cu argentinalı

4.04.2024 14:55 152
Dünya futbolu
“İnter Mayami” yeni transferini rəsmiləşdirib. ABŞ klubuna daha bir argentinalı qoşulub.

MLS təmsilçisi “Boka Xuniors”un müdafiəçisi Marselo Veyqandtı heyətinə cəlb edib. 24 yaşlı futbolçu ilə müddəti iyunun 30-na qədər nəzərdə tutulan imzalanıb. Sözləşməyə əməkdaşlığın müddətinin bir neçə aydan sonra birilliyə uzadılması variantı da daxil edilib.

Qeyd edək ki, Veyqandt Lionel Messi də daxil olmaqla, “İnter Mayami”nin 9-cu (ikili vətəndaşlığı da nəzərə alsaq) argentinalı oyunçusu olub. O, ötən mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.