Braziliyada klubunu dəyişdi

21.09.2026 15:22 45
Dünya futbolu
Filippe Koutinyonun yeni klubu məlum olub. Braziliyalı futbolçu bundan sonra da vətənində top qovacaq.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Santos”la anlaşıb.

Braziliya klubunun mətbuat xidmətinin məlumatında tərəflər arasında 1 illik müqavilə imzalandığı bildirilib. Koutinyonun əvvəlki klubu “Vasku da Qama” olub. O, Avropadakı karyerası ərzində “Barselona”, “İnter”, “Liverpul” və “Aston Villa”da çıxış edib. Qeyd edək ki, “Santos”da braziliyalı ulduz futbolçu Neymar da oynayır.