Koutinyonun yolu Qətərədi

11.09.2023 23:51 178
Dünya futbolu
Filippe Koutinyonun yeni klubu müəyyənləşib. Onun yolu Qətərədi.

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romano braziliyalı yarımmüdafiəçinin “Əl-Duhail” ilə anlaşdığını bildirib. O, “Aston Villa”nın Filippeni bu kluba birilliyə icarəyə verdiyini açıqlayıb. 31 yaşlı Koutinyo ötən mövsüm premyer-liqada iştirak etdiyi 20 oyunda 1 qol vurub.