"Bu, futbola qarşı hörmətsizlikdi" - Filipe Kandido

20.09.2026 21:56 198
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 6-cı turunda “Sumqayıt” səfərdə “Kəpəz”lə heç-heçə etdi - 1:1.

Matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandido mətbuat konfransı keçirdi.

- Bu sizin ölkədəki ən yaxşı stadionlardan biridi. Çox yaxşı atmosfer var idi. Oyunun gedişatında kimsə hakim fitinə bənzəyən səslərdən istifadə edirdi. Bu, futbola qarşı hörmətsizlikdi. Futbola hörmət etməliyik. Ümid edirəm ki, məni doğru anladınız. Komandam inkşafdadı. Komanda müdafiədə və hücumda yaxşı çıxış etdi. Rəqibin də şansları oldu. Nəticəyə görə də məyusam.

- “Kəpəz”in sayılmayan qolu haqda nə deyə bilərsiniz?
- Mən 15 il bundan əvvəldən məşqçi kimi karyerama başlayandan hakimlərin qərarı haqqında danışmağı sevmirəm. Bununla bağlı nəticəni sizə buraxıram. Hesabı 2:0 edə bilərdik. Daha çox buna məyusam. “Kəpəz”in qoluna qədər bizim bir çox epizodlarımız oldu.

- Marko Yohansonun oyunu ilə bağlı fikirləriniz necədi?
- Marko cəmi 2 gün bizimlə məşq etmişdi. Qərar vermək çətin idi. Xəyal da yaxşı çıxış edirdi.

- Ölkədə yaxşı şeylərin olmasını istəyiriksə, nəyi dəyişmək lazımdı?
- Ölkə futbolunun inkşafı üçün nələrsə qərar vermək mənim səlahiyyətim deyil. Bir neçə kəskin hücum zamanı fitlər mane oldu. Hakim həqiqətən fit çalar və biz davam edəriksə, sarı vərəqə alarıq.

- Komanda inkişaf etməyə doğru gedir. Hesabı niyə qoruya bilmirsiz?
- “Şamaxı” ilə oyuna nisbətən daha çox qol şansı yaratdıq. Topa nəzarəti gücləndirməliyik. Rəqib topu alarkən aqressiv idi. Daha artıq işləməliyik.

ƏSƏD SEYİDOV