Misli premyer-liqasının 6-cı turunda “Şamaxı” “Araz-Naxçıvan”ı doğma meydanda məğlub etdi - 2:1.
Matçdan sonra “şirlər”in baş məşqçisi Azər Bağırov mətbuat konfransı keçirdi.
- Önəmli günlərdən biri idi. Suverenlik günü idi. Canından keçmiş hər bir şəhidə rəhmət diləyirəm. Azərbaycanın süverenliyi uğrunda can qoymuş qazilərimizə cansağlığı arzulayıram. Bu matçda öncədən rəqibin təhlükəli hücum edəcəyini bilirdik. Bu mövsüm çıxdığımız 6 matç arasında ən həyəcanlı görüş idi. Qol vurmasan, qapının qarşısında təhlükə görürsən. Hər bir “Şamaxı” azarkeşini qələbə münasibətilə təbrik edirəm.
- İlk 6 turda, səhv etmirəmsə, ilk dəfə penalti vurursuz. Bununla bağlı nə deyərdiz?
- Bu barədə fikirləşməmişəm. Mən hakimlərin işinə qarışmaq istəmirəm. Gələcəkdə də qarışmaq istəmirəm. Hərdən emosiyalara qapıla bilərik, amma bunu etməməliyik. Bu gün komanda çox yaxşı çalışır. Qol epizodları yaratmağa, dominant oyun göstərməyə çalışırıq.
- Sizcə, Rikardo Fernandeşi günün qəhrəmanı adlandırmaq olar?
- Bütün futbolçularıma bu fikri şamil edərdim. Bir həqiqi ailə kimi bu gün ehtiyat skamyada oturan futbolçunun belə qələbədə əməyi var. Onlar meydandaki futbolçulara motivasiya verir.
İSRAYIL XEYRULLAYEV
“Bu mövsüm çıxdığımız 6 matç arasında ən həyəcanlı görüş idi” - Azər Bağırov
Ölkə futbolu / Manşet





