Misli premyer-liqasının 4-cü turunda "Sumqayıt"ı qəbul edən “Turan Tovuz" qələbə qazandı - 2:1.
"Football-plus.az" xəbər verir ki, oyundan sonr "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev media önünə çıxıb.
- Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün qələbə yaxşı oyundan daha çox psixoloji cəhətdən vacib idi. Bəzi məqamlarda pis oyun göstərmədik. Bəzi cəhətlərin üzərində işləməliyik.
- Qələbə qazansaz da, azarkeşlər oyundan narazı qalmışdılar. Nəticənin belə olması sizi narahat edir?
- Çempionat uzundu və bu haqda danışmaq tezdi.
- Sanki “Şamaxı” ilə oyundakına oxşar epizod yaşandı. Top xətti keçmişdimi?
- Hakimlərin işinə qarışmaq istəmirəm. Qol olduğunu hiss etmədim.
ƏSƏD SEYİDOV
“Hakimlərin işinə qarışmaq istəmirəm” – Kurban Berdıyev
Ölkə futbolu / Manşet






