Misli premyer-liqasının 6-cı turunda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya məğlub oldu - 1:2.
Matçdan sonra “şirlər”in baş məşqçisi Zaur İsmayılov mətbuat konfransı keçirdi.
- Rəqibi təbrik edirəm. İlk hissədə kobud iki səhvdən qapımızda penaltı gördük. İlk penaltidən sonra nisbətən bərabərlik olsa da, 2-ci belə məqamda yenidən geriyə düşdük.
- Adətən, iki penaltidən sonra hakimliklə bağlı etirazlar olur. Sizcə, həmin epizodlarda penalti var idi?
- İlk epizod mühabisəli idi. Məncə, orda penalti yox idi. Hakim bu epizodda VAR monitoruna uzun müddət baxdı. Amma ikincidə penalti var idi.
- Ağadadaşın bu matçda da qol vurmasını necə dəyərləndirirsiz?
- Çalışır. Yaxşı şəkildə ardıcıl qollar vurur. Bu matçda 2-ci qolu vuraraq komandaya xal qazandıra bilərdi. Təəssüf ki, alınmadı.
- Fasiləyəqədərki dövrü uğursuz saymaq olar? Fasilədə nələri düzəltmək olar?
- Bəli. Əsasən müdafiədəki səhvləri aradan qaldırmaq, onların üzərində işləmək lazımdı. Biz əsasən müdafiədə çətinlik çəkirik.
İSRAYIL XEYRULLAYEV
“Məncə, orda penalti yox idi” - Zaur İsmayılov
Ölkə futbolu / Manşet






