Avropa çempionu dünyasını dəyişdi

20.09.2026 17:30 99
Dünya futbolu
İtaliya futboluna ağır itki üz verib. Əfsanəvi futbolçu Sandro Matsola vəfat edib.

"Football-plus.az" xəbər verir ki, sabiq hücumçu sentyabrın 19-da 83 yaşında dünyasını dəyişib. Matsola bütün karyerasını “İnter”də keçirib. 1960-77-ci illərdə Milan klubunun heyətində 565 rəsmi oyuna çıxıb və 162 qol vurub.

O, “İnter”lə 4 dəfə İtaliya çempionu, 2 dəfə Çempionlar Kubokunun qalibi olub. İtaliya yığmasında 70 oyun keçirən Matsola 22 qol vurub.

O, 1968-ci ildə milli komanda ilə Avropa çempionu olub, 1970-ci ildəi dünya çempionatında isə gümüş medal qazanıb.

Matsola futbolçu karyerasını başa vurduqdan sonra “İnter”də idman direktoru vəzifəsində çalışıb.