Braziliya futboluna ağır itki üz verib.
"Football-plus.az" xəbər verir ki, Mario Zaqallo vəfat edib. O, 92 yaşında dünyasını dəyişib.
Zaqallo fərqli statusda 4 dəfə Braziliya yığması ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş məşqçi, 1994-cü ildə isə baş məşqçinin köməkçisi kimi mundialın qızıl medallarını qazanıb.
Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və Asiyanın bir sıra ölkələrində çalışıb.