“Qarabağ”ın rəqibinin 4 futbolçusu milliyə çağırıldı

19.08.2024 20:22 323
Dünya futbolu
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun 4 futbolçusu Xorvatiya millisinə dəvət alıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Zaqreb klubunun mətbuat xidməti məlumat yayıb. Millinin baş məşqçisi Zlatko Daliç Bruno Petkoviç, Martin Baturina, Petar Suçiç və Marko Pyatsaya dəvət göndərib.

Xorvatiya millisi Millətlər Liqasında sentyabrın 5-də səfərdə Portuqaliya, sentyabrın 8-də isə evdə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk oyunu sabah səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə avqustun 28-də Bakıda baş olacaq.