Lyuis Holl klubuna sadiq qalıb.
"Football-plus.az" xəbər verir ki, “Nyukasl” rəhbərliyi müdafiəçi ilə müqaviləni yeniləyib. İngiltərə yığmasında da çıxış edən Lyuis 2031-ci ilin yayına kimi ağ-qara formanı daşıyacaq. Onun əvvəlki müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu.
Holl “Nyukasl”a 2023-cü ildə “Çelsi”dən transfer edilib. 24 yaşlı müdafiəçi cari mövsümdə komandada keçirdiyi 5 oyunda 2 məhsuldar ötürmə edib.
Klubuna sadiq qaldı
Dünya futbolu






