Sabiq futbolçu məşqçilik diplomu aldı

20.09.2026 12:56 72
Dünya futbolu
Frank Riberi məşqçilik fəaliyyətinə başlamaq hüququ qazanıb.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının 43 yaşlı keçmiş yarımmüdafiəçi İtaliyanın Koverçano məşqçilik məktəbində təhsilini başa vurduğunu sosial şəbəkə hesabında açıqlayıb. O, diplom almaqla peşəkar məşqçi kimi işləmək hüququna yiyələnib.

Xatırladaq ki, Riberi parlaq karyerası ərzində “Bulon”, “Ales”, “Brest”, “Mets”, “Qalatasaray”, “Marsel”, “Bavariya”, “Fiorentina” və “Salernitana”da çıxış edib. Onun Fransa yığmasında 2006-14-cü illərdə 81 oyuna 16 qol vurduğunu da yada salaq.