Riberi qərarını verdi

9.10.2022 18:30 358
Dünya futbolu
Frank Riberi tezliklə “Salernitana”nı tərk etmək istəyir. Məşhur futbolçu həm də karyerasını başa vurmaq niyyətindədi.

Bunu İtaliya mənbələri iddia edir. 39 yaşlı yarımmüdafiəçi “Salernitana”ya müqavilə ilə 2023-cü ilin yayınadək bağlıdı. Buna baxmayaraq, fransalı futbolçunun klubla müqaviləsini ləğv etməyə və karyerasını başa vurmağa hazırlaşdığı bildirilib. 39 yaşlı futbolçu bu mövsüm yalnız 2 oyunda meydana çıxmaq şansı qazanıb.