Medhi Benatyanın yeni iş yeri müəyyənləşib. O, yetirməsi olduğu kluba qayıdıb.
Mərakeş yığmasının sabiq müdafiəçisi karyerasını 2021-ci ildə “Fatih Karagümrük”də başa vurmuşdu. 36 yaşlı Benatya yenidən “Marsel”in sıralarında olacaq. O, bundan sonra Fransa klubunun idman direktoru vəzifəsini icra edəcək.
Xatırladaq ki, Medhi 2006-08-ci illərdə “Marsel”ə məxsus olsa da, icarə qaydası ilə “Tur” və “Loryan”ın formasını daşıyıb. Sonra “Klermon”, “Udineze”, “Roma”, “Bavariya”, “Yuventus” və “Əl-Duhail”də çıxış edib.
Onun 2008-19-cu illərdə Mərakeş millisində 66 oyuna çıxdığını və 2 qol vurduğunu da yada salaq.