36 yaşında meydanı tərk etdi

11.09.2024 18:12 135
Dünya futbolu
Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Paulinyo karyerası ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, o, yaşıl meydandakı çıxışını başa vurduğunu açıqlayıb.

Paulinyo bu barədə özünün sosial şəbəkə hesabında yazıb. 36 yaşlı futbolçu karyerasının son ilyarımını “Korintians”da keçirib. Paulinyonun milli komandada keçirdiyi 56 matçda 13 qol vurduğunu xatırladaq.

Onun Braziliya klubları ilə yanaşı, “Tottenhem” və “Barselona”, həmçinin Çin, Səudiyyə Ərəbistanı və Polşa təmsilçislərində oynadığını da yada salaq.

Ümumilikdə 11 klubda forma geyən yarımmüdafiəçi 2013-cü ildə keçirilən Konfederasiyalar Kubokunun, həmçinin DÇ-2014 və DÇ-2018-in iştirakçısı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul