Riberi sabiq klubu ilə danışıq aparır

17.11.2022 23:51 356
Dünya futbolu
Frank Riberi yenidən “Bavariya”ya xidmət edə bilər.

O, sabiq klubu ilə danışıq aparır. “Bild” qəzetinin yaydığı xəbərdə 39 yaşlı sabiq fransalı futbolçunun Almaniya klubunun səfiri olmaq şansından bəhs edilir. Riberi “Bavariya”da 2007-19-cu illərdə oynayıb. “Bild” danışıqların uğurla getdiyini yazıb.