Mövsümə əla başlayan və ilk 5 rəsmi oyunun hamısında qol vuran Anderson Talişkanın ''Fənərbaxça''dan müəmmalı ayrılığı müzakirə olunmaqda davam edir. Çünki digər hücumçular Vedat Muriqi ilə Romelu Lukaku ikisi birlikdə onun qədər qol vura bilməyiblər.
Braziliyalı transfer dönəminin sonlarına yaxın BƏƏ təmsilçisi ''Əl-Cəzirə''yə yollandı. Hələ ki, bu ayrılıq tərəflərdən heç biri üçün uğurlu görsənmir. Talişka ayrıldıqdan bu yana ''Fənərbaxça'' qələbə üzünə həsrətdi. Komanda ''Beşiktaş''a uduzubsa, ''Roma'' və ''Qaziantep''lə bərabərə qalıb. Özü də bu oyunlarda vurulan hər iki qolu müdafiəçilər aktivinə yazıb.
Digər tərəfdə ''Əl-Cəzirə''nin özü üçün vəziyyət pis deyil. Komanda Talişka ilə keçirdiyi 3 rəsmi oyundan 1 qələbə, 2 heç-heçə ilə ayrılıb və çempionatda 5 turdan sonra liderdi. Amma Talişka özü hələ ki, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir. Bu 3 oyunda o aktivinə məhsuldar hərəkət yaza bilməyib.
Ayrılıq nə ''Fənər''ə yarayıb, nə də Talişkaya
Dünya futbolu






