Bu arada derbidəki məğlubiyyətin ardından Anderson Talişkanın paylaşımı diqqət çəkib. Braziliyalı ulduz bilindiyi kimi yay transfer dönəminin sonlarına yaxın sürpriz şəkildə ''Fənərbaxça''nı tərk edərək BƏƏ təmsilçisi ''Əl-Cəzirə''yə yollandı. Baxmayaraq ki, bu mövsüm komandasının ən məhsuldar oyunçusu idi və ümumilikdə çox yaxşı məhsuldarlıq sərgiləyərək ''Fənər''də 75 oyuna 44 qol vurmuşdu.
İstanbuldan ayrılmaq istəməyən və klubda qalmaq üçün son ana qədər əlindən gələni edən ''sambaçı'' bu arzusuna çata bilmədi.
Türkiyədən çox istəksiz şəkildə ayrılan Talişkanın ilk fürsətdəcə ''Fənər''i sancması sürpriz sayilmamalıdı. O, derbidən dərhal sonra ''X'' səhifəsindəki paylaşımında bunları yazıb:
''Nə əkərsən, onu da biçərsən. Uğur qazanmaq istəyirsən? Doğru şeyləri et, təvazökar ol və öz eqonun qurbanı olma. Bizim atdığımız addımlar sonda həqiqətən kim olduğumuzu üzə çıxarır''.





