“Kəpəz” bir gündə 4 min bilet satdı! - yenə anşlaq olacaq?

2.09.2026 16:00 25
Ölkə futbolu
Misli premyer-liqasının 4-cü turunda keçiriləcək “Kəpəz” – “Şamaxı” oyununa azarkeş marağı böyükdü.

"Football-plus.az" xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılacaq matç üçün artıq 4 mindən çox bilet satılıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu say cəmi bir gün ərzində qeydə alınıb.

Xatırladaq ki, görüş sentyabrın 4-də keçiriləcək və saat 20.15-də başlayacaq.