Mabatşoev Tacikistan millisinə çağırıldı

11.03.2025 14:03 12
Ölkə futbolu
“Kəpəz”in futbolçusu Şervoni Mabatşoev Tacikistan millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi qarşıdakı iki oyun üçün yığmasına dəvət alıb. Tacikistan millisi martın 20-də Belarusla yoxlama matçı keçirəcək. 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.