3-cü MDB Oyunlarında futbol yarışının püşkü atıldı

22.09.2025 17:18 14
Ölkə futbolu
Azərbaycanda təşkil olunan 3-cü MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, U-16 millimiz A qrupunda Tacikistan və Qırğızıstan ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu
27 sentyabr

12.00. Tacikistan – Azərbaycan

29 sentyabr
14.00. Qırğızıstan – Tacikistan

1 oktyabr
14.00. Azərbaycan - Qırğızıstan

B qrupu
27 sentyabr

14.00. Belarus – Rusiya

29 sentyabr
12.00. Belarus – Özbəkistan

1 oktyabr
12.00. Rusiya – Özbəkistan

3 oktyabr
12.00. 5-ci yer uğrunda matç
14.00. 3-cü yer uğrunda matç

4 oktyabr
14.00. Final