Eduar Mendi beynəlxalq karyerası ilə bağlı gözlənilən qərar verib. O, Seneqal yığmasındakı çıxışını başa vurub.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu bu haqda sosial şəbəkə hesablarında məlumat yayıb.
34 yaşlı qapıçı 2018-ci ildə debüt etdiyi yığmada 8 il ərzində 60 oyun keçirib. Eduarın milli formada ən böyük uğuru 2022-ci ildə Afrika Millətlər Kubokunda çempionluq olub. Seneqal finalda Misiri penalti seriyasında məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olmuşdu. Mendi həmin seriyada bir penaltini dəf edərək komandasının qələbəsində böyük rol oynamışdı.
Əlcək sahibi yığma ilə 2022 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında da iştirak edib. O, bu ilin ən yaxşı qapıçısına verilən “Yaşin mükafatı”na namizədlər sırasına düşüb.
Hazırda Səudiyyə Ərəbistanı “Əl-Əhli”sinin qapısını qoruyan afrikalı futbolçu daha əvvəl “Şerburq”, “Marsel-2”, “Reyms”, “Renn” və “Çelsi”də çıxış edib.
Milli forma ilə vidalaşdı
Dünya futbolu






