"Football-plus.az" GFFN-ə istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özü açıqlamasında bildirib. O deyib:
“Gəlin görək, nə baş verir. Səsverməni gözləmək lazımdı. "Qızıl top" mənim uşaqlıq arzumdu. İndi mən bunun reallaşmasından o qədər də uzaq deyiləm".
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Benzema UEFA tərəfindən ötən mövsümün ən yaxşı oyunçusu seçilib .
