Santuşun mətbuat konfransının vaxtı

8.06.2025 20:10 15
Ölkə futbolu
İyunun 10-da yoldaşlıq görüşü çərçivəsində “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, əvvəl millimizin baş məşqçisi Fernando Santuş media nümayəndələrinin qarşısına çıxacaq.

9 iyun
Azərbaycan milli komandası

16.15. Mətbuat konfransı
17.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Macarıstan milli komandası
18.30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19.45. Mətbuat konfransı

Bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.