İsmael Bennaserin aqibəti məlum olub. “Milan”ın zədəli yarımmüdafiəçisi uzun müddət futbol oynaya bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun rəsmi saytı belə məlumat yayıb.
Bennaser Çempionlar Liqasının “İnter”lə ilk yarımfinal oyununda (0:2) dizindən zədə almışdı. 25 yaşlı əlcəzairli futbolçunun sağ dizinin artroskopiyası aparılıb. Məlum olub ki, İsmaelin sağalması ən azı 6 ay çəkəcək. Beləliklə, o, növbəti mövsümün əvvəlini buraxacaq.
Bennaser bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.