Sentyabrın 6-da Misli premyer-liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır.
"Football-plus.az" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12.00-dan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 5–20 manat aralığındadı.
Biletləri "iticket.az"da onlayn, həmçinin matç günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.
Görüş saat 20.15-də start götürəcək.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
"Qarabağ"ın oyununun biletləri satışa çıxarılır
Ölkə futbolu






