“Qarabağ”ın oyununun biletləri satışda

9.11.2024 19:35 300
Ölkə futbolu
Misli premyer-liqasının 13-cü tur çərçisində keçiriləcək “Qarabağ”la “Zirə” arasındakı oyunun biletləri artıq satışdadı.

“Football-plus.az” xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Noyabrın 10-da keçiriləcək oyundan öncə qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, qarşılaşma saat 19.00-da başlayacaq.