Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasında 32-ci turun “Kəpəz” – “Zirə” oyununda "sarı-göylər"in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.
“Səbail” – “Araz-Naxçıvan” matçında “dənizçilər"in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat ziyana düşüb. “Sabah” – “Qarabağ” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "bayquşlar" 800 manat cərimə edilib. “Qarabağ” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimə edilib.
"Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" cərimə edildi
Ölkə futbolu






