Klubu ilə yenidən anlaşdı

23.08.2025 19:18 7
Dünya futbolu
Ruben Diaş “Mançester Siti”dən aldığı təklifi müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi klubu ilə müqavilənin müddətini uzadıb.

İngiltrə klubunun mətbuat xidmətinin məlumatına görə, 28 yaşlı portuqaliyalı futbolçunun yeni sözləşməsinin müddəti 2029-cu ilin iyununa qədərdi. Ruben MS-də 2020-ci ildən çıxış edir.

O, “şəhərlilər”in heyətində 222 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.