Gənclərin rəmzi yığması açıqlandı

30.12.2024 21:58 285
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası 2024-cü ilin gənc futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.

20 yaşadək futbolçuların “11-liy”i tərtib edib.

Fransadan üç, İngiltərə və İspaniyanın iki oyunçusu rəmzi komandaya daxil edilib. Türkiyəli Arda Gülər də ən yaxşıların sırasına layiq bilinib. İlin rəmzi komandasına bu futbolçular düşüb.

Qapıçı: Giyom Restes (Fransa).
Müdafiəçilər: Riko Lyuis (İngiltərə), Pau Kubarsi (İspaniya), Leni Yoro (Fransa).
Yarımmüdafiəçilər: Arda Gülər (Türkiyə), Kobbi Maynu (İngiltərə), Uorren Zair-Emeri (Fransa), Joao Neveş (Portuqaliya).
Hücumçular: Lamin Yamal (İspaniya), Savinyo (Braziliya), Alexandro Qarnaço (Argentina).