“Tottenhem” azarkeşlərini üzməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, paytaxt komandası bu mövsüm İngiltərə çempionatında keçirdiyi 4-cü oyunda da qələbə qazana bilməyib. Daha pis göstərici isə “Tottenhem”in premyer-liqanın tarixində ilk dəfə mövsümün ilk 4 oyununda qol vura bilməməsidi.
London təmsilçisi 4-cü turda öz meydanında “Everton”la qolsuz bərabərliyə razılaşıb. “Tottenhem” çempionatın əvvəlki oyunlarında “Brentford”a 0:3, “Nyukasl”a 0:2 hesabıyla məğlub olub, “Bornmut”la matçda isə hesab açılmayıb.
4 turdan sonra 2 xalı olan Roberto De Zerbinin komandası turnir cədvəlində 17-ci yeri tutur.
Paytaxt komandasından faciəvi seriya
Dünya futbolu




