5 il 173 gündən sonra…

9.03.2023 19:25 232
Dünya futbolu
«Tottenhem» Çempionlar Liqasının 1/8 finalının cavab oyununda «Milan”la qolsuz heç-heçəyə razılaşmaqla mübarizəni dayandırıb.

“Football-plus.az” xəbər verir ki, Antonio Kontenin komandası İtaliyadakı ilk matçda minimal hesabla uduzmuşdu. Maraqlıdı ki, «Tottenhem» öz meydanında 147 oyundan sonra ilk dəfə rəqibi ilə 0:0 hesablı heç-heçə edib. Paytaxt komandası sonuncu dəfə evdə 2017-ci il sentyabrın 16-da «Suonsi» ilə matçda qolsuz «sülh”ə razılaşıb.

Qeyd edək ki, «Tottenhem» onda ev oyununu «Uembli”də keçirmişdi. Londonluların bütün turnirlərdə öz meydanındakı matçda 5 il 173 gündən sonra qolsuz heç-heçə qeydə alındı. Paytaxt klubunun 2019-cu ildən rəqiblərini «Tottenhem Hotspur Stedium”da qəbul etdiyini də bildirək.